Şəhərə yayılan virus "donuz qripi"ndən təhlükəlidir? - AÇIQLAMA

"Azərbaycanda əhali arasında yayılmış xəstəliyi H3 N2 virusu adlandıraraq əhalini xofa salmaq lazım deyil. Əgər bu yoluxucu xəstəlik "donuz qripi"ndən təhlükəli olsaydı, indiyədək bu qripdən bir insan dünyasını dəyişərdi. Hazırda əhali arasında yayılmış xəstəlik mövsümi qripdir".

Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. 

İ.Ağayev bildirib ki, mövsümi qripə görə əhalinin kütləvi şəkildə vaksinasiya olunmasına ehtiyac yoxdur: 

"Hazırda əhali arasında yayılan xəstəik panepidemiyadır. Epidemiya halını almadığından vaksinasiyaya da lüzum yoxdur. Nə də ki, əhalini bu xəstəlikdən kütləvi şəkildə qorumaq mümkün deyil. Əgər mövsümi qrip hansısa ölkədə varsa, tədricən gediş-gəliş vasitəsilə, hava-damcı yolu ilə yayılır. Bu xəstəlikdən qorxmaq, əhalini təşvişə salmaq lazım deyil". 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018