Dünyanın ən tənbəl heyvanları - FOTOLAR

 

Tənbəl heyvanlar Orta və Cənubi Amerikada yaşayan Meqaloniçidae, Bredipodidae nəslinə aid 6 növə məxsus orta böyüklükdəki məməlilərdir. Bu məməlilər bütün məməlilər arasında ən yavaş hərəkət edən heyvanlar olaraq bilinir. Dəqiqədə ən çox yarım metrə qədər hərəkət etdiyi hesablanıb.

 

Tənbəl heyvanlar gündə 15-18 saat yatır. Qalan vaxtlarda yemək yeyir, yatdıqları ağacları dəyişirlər. Bu məməlilər çox yemək yemədikləri və su içmədikləri üçün təbiətə zərəri olmayan heyvanlar kimi tanınır. Tənbəl heyvanlar kəskin pəncələri sayəsində ağac budaqlarından tərs istiqamətdə sallanmış vəziyyətdə yaşayarlar. Yerə ancaq yatdıqları ağacı dəyişdirmək və təbii ehtiyacını ödəmək üçün düşərlər. Həmişə tərs şəkildə, asılı vəziyyətdə yaşadıqları üçün daxili orqanlarının yeri belə, digər məməlilərdən fərqlidir. Hətta tükləri tərs istiqamətdə uzanır.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018