Evdə it saxlamağın İNANILMAZ FAYDALARI

Aparılan elmi araşdırmalar zamanı it sahibi olmağın insan psixologiyası və sağlamlığına müsbət cəhətdən təsir göstərdiyi təsbit edilib. Yox, əgər yenə də evdə it saxlamaqla bağlı qərarınız qəti deyilsə, o zaman Ailem.az-ın bu materialını oxuyun və evdə it saxlamağın inanılmaz faydaları ilə tanış olun.

 

Xərçəngi təsbit edir

 

İtlərin qoxu alma duyğuları olduqca yaxşı inkişaf edib. Buna görə əgər bədəninizin hansısa qismində şiş əmələ gəlibsə, it bunu daha tez və yaxşı duyacaq. Şişi təsbit edən it tez-tez sizi qoxulayar və hətta həmin hissəni dişləyə də bilər.

 

Qan şəkərinizə nəzarət edər

 

Sahiblərinin qan şəkərinin düşdüyünü hiss edən itlər fərqli davranışlar göstərir. Əgər xəstəliyinizin fərqindəsinizsə, itin nə üçün belə etdiyini anlaya bilərsiniz.

 

Depressiyanın qarşısını alar

 

Aparılan araşdırmalara görə, itlər saçdığı enerji ilə insan psixologiyasına müsbət təsir edir və bu da sahibin daha az depressiyaya düşməsinə kömək edir.

 

Allergiyaya qarşı müqaviməti artırır

 

Uşaqlıq yaşından it sahibi olan insanlarda çox az allergik hallar yaşanır.

 

İdman etmənizə kömək edər

 

İt sahibi olanlar çox az hallarda piylənmə problemi yaşayar. Bunun səbəbi isə tez-tez gəzmək istəyən itin özü ilə birlikdə sahibini də gəzməyə, qaçmağa vadar etməsidir. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017