Sevdiyinizin gözünə 3 dəqiqə baxsanız... - İNANILMAZ HƏQİQƏT

Ailem.az sevgi haqqında təsdiqlənmiş 17 elmi həqiqəti təqdim edir. Bu yazıdan sonra siz də sevmək istəyəcəksiz.

 

- Qucaqlaşmaq insan ömrünü uzadır. Qucaqladığı insanla ürək döyüntüsü və bədən istiliyi bir-birini tənzimlədiyindən hər gün 20 dəqiqə qucaqlaşan cütlüklərin daha az ürək problemi yaşadığı və psixoloji problemlərlə nadir hallarda qarşılaşdığı deyilir.

 

- Qucaqlaşaraq yatmaq gün ərzində baş ağrısı riskini aşağı salır. Qucaqlaşarkən, öpüşərkən ifraz olunan oksitosin hormonu baş ağrısı müalicəsində istifadə olunan dərmanların ana maddəsidir.

 

- Stressli anda adi bir öpüş belə, stressi azaldır. Hətta stressli ikən sevdiyinin səni öpdüyünü düşünmək də stressi azaldır.

 

- Göz-gözə baxmaq. Bir-birinin gözlərinə 3 dəqiqə boyunca baxdıqda cütlüyün ürək döyüntüləri və nəfəs alıb vermələri tənzimlənir.

 

- Sevdiyin insanın şəklinə baxmaq o anda yaşanan fiziki ağrını azaldır.

 

- İlk baxışda sevgi tam başqadır. Bir insan saniyənin beşdə birində oksitosin ifraz etməklə aşiq ola bilər.

 

- Kişilərdə ilk baxışda aşiq olma nisbəti qadınlarla nisbətən daha yüksəkdir. Kişilərin 54%-i, qadınların isə 44%-i ilk baxışda aşiq ola bilir.

 

- Bir-birini cazibədar hesab etməyən insanların bir-birinə aşiq olma şansları yüksəkdir. Münasibətlərin 35%-i bu cür yaranıb.

 

- Sosial şəbəkələrdə tanış olub sevgili olanların 23-nün münasibəti evliliklə bitir.

 

- 1936-cı ildə evlənən Lionel və Ellen Buxton bir gecədən artıq ayrı qalmayıblar.

 

- Qu quşları tək erkəkli olurlar və ölənə qədər bir yerdə qalarlar.

 

- Dəniz atları da tək erkəklidirlər və quyruqları ilə bir-birindən tutunurlar.

 

- Yeni aşiq olan insanlarda tez-tez sevdiyini düşünməsinə səbəb olan hormonlar ifraz olunur. Buna görə ağılları havada olur sanki.

 

- Bir insan sevdiyi insanı əvvəl-əvvəl gözündə ideallaşdırır, müsbətlərini böyüdür və mənfilərini görmür. Buna görə “sevginin gözü kordur” deyirlər.

 

- Bütün bu səbəblərdən dolayı yaşanılan ayrılıq acısı gerçəkdir. Ürək ağrıları, nəfəs darlığına səbəb olur. Psixoloji olaraq da mənfi təsirlər yaradır.

 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017