Hamiləlikdə yaranan ləkə və çatlardan qurtulun - FORMUL

 

Ana olmaq bəlkə də dünyanın ən gözəl duyğularından biridir. Ancaq bu dövrdə qadının bədənində gözlə görülə bilən dəyişikliklər yaşanır. Dəri bu vəziyyətdən mənfi yöndə təsirlənir. Dəri çatları isə ən böyük kabusdur. Bəs bu çatların olmaması, ya da yox olması üçün nələr etmək olar?

Ailem.az doğuş sonrası çatların və ləkələrin yox olması üçün bitki mənşəli formullar təqdim edir.

 

Badam yağı, ərik yağı, kakao yağı, zeytun yağı, çörəkotu yağının hər birini eyni miqdarda qarışdırıb qarın bölgənizə sürtün.

Hamiləik zamanı ləkələrin yaranmaması üçün yeməkdən sonra bu qarışımdan qarnınıza sürtə bilərsiz.

 

Qeyd: Doğuş çatları ən tez ilk 1 il ərzində müalicə edilməlidir.

 

Dəri çatları üçün

Kakao, qliserin, kətan yağının hər birini eyni miqdarda qarışdırın. Çatlayan, quruyan bölgələrə sürtün.

 

Badam, saf zeytun, çörəkotu yağlarını eyni miqdarda qarşdırıb sürtün.

 

Hamiləlikdə üz maskası

Səhər-axşam zefir bitki yarpağı və çiçək dəmləməsi ilə üzünüzü yuyun.

Gecələr əzilmiş çiyələkə üzünüzə kompres edin.

 

Doğuş ləkələri

 

Bir çay qaşığı darçın, bir çay qaşığı zəncəfil və 1 yumurta ağı götürün. Təmiz qabda qarışdırıb ləkəli bölgələrə hər gün tətbiq edin.

 

Hamiləlik zamanı qarın çatlarının qarşısını almaq üçün:

 

Alma və badam yağını eyni miqdarda qarışdırıb hər gün sürtün.

 

Badam, kök, buğda, kakao yağını qarışdırb üzərinə 1 ədəd limon qabığını rəndələyib bədəninizə sürtün.

 

Çiyələk və susam yağını eyni miqdarda qarışdırıb hər gün qarın bölgəsinə çəkin.

 

 

LENT

23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017