MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Orxan Ağabəyov
Androloq-seksopatoloq

2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Maraq dairəsi kişi sonsuzluğu, seksual pozğunluqlar, cinsi yolla keçən infeksiyalar və onların kişi orqanizminə təsirindən ibarətdir. Azərbaycanda ilk dəfə olaraq seksual disfunksiyaların kompleks müalicəsində rasional psixoterapiya metodundan istifadə edib. Müalicədə əsas aspekt kimi həkimlə pasiyent arasında qarşılıqlı güvən münasibətini tutur. (www.agabekov.az)

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
791 CAVAB
Hesen Memmedli (07 Mart 2017 | 08:18)

salam doktor, toy gununden etibaren her gun cinsi elaqede olmagin ne kimi xeyiri ve zereri ola biler, tesekkur edirem onceden

Orxan Ağabəyov (07 Mart 2017 | 22:59)

Salam. Bunun heç bir zərəri yoxdu, cinsi həyatın ritmi sizin istəklərə və imkanlara(potensiyaya) uyğun olmalıdır. Uğurlar.

Veliyev Feyyaz (04 Mart 2017 | 20:12)

Salam hekim mende diabetden sonra cinsi zeiflik yaranib .Ne edim sizinle nece elaqe saxlayim.

Orxan Ağabəyov (04 Mart 2017 | 22:57)

Salam. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.

Elvin Aslanov (21 Yanvar 2017 | 22:30)

salam hekim. men cinsi elaqeye bashlayan kimi boshaliram. bu neden ola biler ve mualice ucun sizinle nece elaqe saxlaya bilerem? teshekkur.

Orxan Ağabəyov (21 Yanvar 2017 | 09:13)

Salam. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Ən çox oxuduğunuz rubrika hansıdır?