MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Orxan Ağabəyov
Androloq-seksopatoloq

2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Maraq dairəsi kişi sonsuzluğu, seksual pozğunluqlar, cinsi yolla keçən infeksiyalar və onların kişi orqanizminə təsirindən ibarətdir. Azərbaycanda ilk dəfə olaraq seksual disfunksiyaların kompleks müalicəsində rasional psixoterapiya metodundan istifadə edib. Müalicədə əsas aspekt kimi həkimlə pasiyent arasında qarşılıqlı güvən münasibətini tutur. (www.agabekov.az)

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
791 CAVAB
ilqar huseynov (19 Dekabr 2016 | 10:58)

mən şəkərli diabetəm, 52 yaşim var. Məndə inpotesianin əlamətləri hiss olunur, xahiş edirəm mənə məsləhət verəsiniz.

Orxan Ağabəyov (19 Yanvar 2017 | 12:00)

Salam. Bu situasiyada məsləhət çox sadədi - cinsi zəifliyin müalicəsi olunmalıdır, bunun üçün həkimə müraciət edin. Uğurlar.

Zaur G. (18 Dekabr 2016 | 13:18)

Salam doktor.Zehmet olmasa deyin,eyakulyasiya vaxti bayira boshalmagin ne kimi zereri ola biler? Evvelceden teshekkur edirem.

Orxan Ağabəyov (18 Yanvar 2017 | 11:59)

Salam. Bu vərdiş cinsi əlaqənin normal sonucu olmadığı üçün, kişidə müəyyən seksual problemlər yarada bilər. Misal üçün, boşalmanın gecikməsi və ya olmaması kimi problemlərin yaranma ehtimalı var. Buna görə də, prezervativlərdən istifadə daha düzgün olar. Uğurlar.

əli əliyev (14 Sentyabr 2016 | 10:09)

salam həkim 24 yaşım var.subayam heç vaxt real cinsi əlaqədə olmamışam.Özümdə birdən birə zəiflik istəksizlik hiss etdim.Ətrafda nəsə diqqət cəlb edən bir şey gördükdə reaksiya əvvəlkinə nisbətən çox çox zəifləyib.Məndə müayinə zamanı 2-ci dərəcəli varikosel çıxdı.Amma bu damar yığını əvvələrdə məndə var idi və bu mənə naə ağrı nə də zəiflik problemi yaşatmırdı.spermoqramma zamanı aktiv hərəkətlilik 20% çıxıdı.xahiş edirəm mənə bir yol göstərəsiniz

Orxan Ağabəyov (14 Sentyabr 2016 | 01:36)

Salam. Əlbəttə ki, ən düzgün yol - tezliklə cinsi həyata başlamaqdır. Varikoselenin və ya sperma göstəricilərinin cinsi istəksizliyə və ya cinsi zəifliyə aidiyyatı yoxdur. Əgər cinsi həyata başlayandan sonra, hansısa problemlər olarsa, cinsiyyət sistemi müayinə olunmalıdır. Uğurlar.

TOP10

Ən çox oxuduğunuz rubrika hansıdır?