MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Orxan Ağabəyov
Androloq-seksopatoloq

2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Maraq dairəsi kişi sonsuzluğu, seksual pozğunluqlar, cinsi yolla keçən infeksiyalar və onların kişi orqanizminə təsirindən ibarətdir. Azərbaycanda ilk dəfə olaraq seksual disfunksiyaların kompleks müalicəsində rasional psixoterapiya metodundan istifadə edib. Müalicədə əsas aspekt kimi həkimlə pasiyent arasında qarşılıqlı güvən münasibətini tutur. (www.agabekov.az)

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
791 CAVAB
vusal-men (26 Avqust 2016 | 10:33)

Salam Həkim. Məndə xayalarda ağrılar olur hərdən. Yəni içərisində sancmalar olur. Belə möhkəm ağrılar olmasada hərdən olur. Elə bil içəridə iynə kimi sancır. Bu nədən ola bilər?

Orxan Ağabəyov (26 Sentyabr 2016 | 01:39)

Salam. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.

Rəşad Nurullayev (11 Avqust 2016 | 16:23)

Salam Doktor.sualım belədir əvvəlcədən üzr istəyirəm sizdən.ay ərzində yatanda 4-5 dəfə boşalma olur bu nə ilə əlaqədar olar?Birdə spermanın % -i nəqədər olmalıdır normalda?.əvvəlcədən minnətdaram sizə.

Orxan Ağabəyov (11 Sentyabr 2016 | 01:44)

Salam. Gənc oğlanlarda pollusiyaların(qeyri-ixtiyari boşalmaların) olması normal haldır və səbəb -müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Əgər boşalmalar ifrat dərəcədə olmursa, bu problem sayılmır. Spermoqrammada aktiv hərəkətli spermotozoidlərin faizi 32 % az olmamalıdır. Uğurlar.

Pərviz Balayev (23 May 2016 | 09:29)

Həkim salam! Həkim bəzən penisin bir hissəsində yüngül ağrıların olmasına səbəb nə ola bilər? Cavabınıza görə əvvəlcədən təşəkkürlər.

Orxan Ağabəyov (23 May 2016 | 10:38)

Salam. Bu əlamət müxtəlif səbəblərdən ola bilər, cinsi infeksiya və ya sidik kanalında iltihabi proses - ən real səbəblərdi. Səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

TOP10

Ən çox oxuduğunuz rubrika hansıdır?