MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Əsəd Həsənov
Ailə həkimi

Həsənov Əsəd Həsən oğlu 16 İyul 1955-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1972-ci ildə Mincivan 36 nömrəli dəmir yol məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olub. 1981-ci ildə “Səhiyyənin təşkili və Sosial Gigiyena” ixtisası üzrə, 1984-cü ildə SSRİ MN xətti ilə “Ümumi və hərbi səhra cərrahiyyəsi” ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. 1980-ci ilin sentyabrından 1981-ci ilin iyununa kimi Dəvəçi (Şabran rayonu) stansiyası Xətt ambulatoriyasının uşaq həkimi, 1981-1985-ci illərdə həmin ambulatoriyanın baş həkimi vəzifəsində işləyib. 1985-ci ilin sentyabrından 1993-cü ilin avqustuna kimi Zəngilan rayonunun Mincivan Dəmir Yol xəstəxanasında uşaq həkimi çalışıb. 24 avqust 1993-cü ildə Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq N saylı hərbi hissədə Alay Tibb Məntəqəsinin həkimi kimi xidmətə başlayıb. 1997-2009-cu illərdə Ali hərbi təhsil müəssisəsində baş həkim kimi qulluq edib. Xidmət illərində “Ümumi və hərbi səhra terapiyası” və “Ümumi və hərbi səhra cərrahiyyəsi” ixtisaslarına yiyələnib, bu sahələrdə də fəaliyyət göstərib. 2009-cu ildə ehtiyata buraxılıb. Həmin vaxtdan özəl tibb müəssisəsində ailə həkimi kimi çalışır. I dərəcə həkim-təşkilatçı, I və II dərəcə qüsursuz xidmətlərə görə və Silahlı Qüvvələrin yubiley medalları ilə təltif olunub. Hazırda özəl klinikalardan birində çalışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
240 CAVAB
Əli Həsənov (13 İyul 2017 | 09:54)

Həkim bizquyruq qurdu üçün hansı dərmanan istifadə effektlidi

Əsəd Həsənov (13 Sentyabr 2017 | 00:13)

Aktipar sirop İçlik vərəqində yaşa görə istfadə qaydası yazılıb

elsad salmanov (02 Aprel 2017 | 00:19)

salam doktur sizin is yeriniz harda yerlesir yoxlanisa gelmek isteyirik

Əsəd Həsənov (02 May 2017 | 14:19)

Salam.Qüsura baxmayın.Telefona sual olması barədə ismarış bu gün gəlib.Yasamal,A.M.Şərifzadə 314 Doktor Davud tibb mərkəzi tel 070 323 12 07

Ashraf Hadhimoğlu (26 Fevral 2017 | 03:59)

Salam baş derisinin masajının faydaları varmı bu baeesw melumat vererdiz zehmet olmasa E bunun üçün hansu fizioterapiya kursu keölmelidir

Əsəd Həsənov (26 Fevral 2017 | 09:46)

Baş dırisini masaj etmək üçün xüsusi daraqlar var ondan istifadə olunur.Fizioterapiya proseduru kimi Darsonvaldan istifadə olunur.

Ən çox oxuduğunuz rubrika hansıdır?