MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Mehman Allahverdiyev
Stomatoloq

Allahverdiyev Mehman Cümşüd oğlu 15 iyun 1972-ci Tərtər rayonunda doğulub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Almaniya, Danimarka, İsveç, Finlandiya, Türkiyə kimi xarici ölkələrdə müxtəlif kurs və konfranslarda iştirak edib. 2014-cü ildə Ankarada İleri Periodontoloji kursunu uğurla başa vurub. İnstitutu bitirdiyi ildən – 1995-ci ildən Bakı şəhəri 1 saylı uşaq poliklinikasında həkim-stomatoloq vəzifəsində çalışır. Eyni zamanda özəl klinikalardan birinə rəhbərlik edir.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
235 CAVAB
elmira (15 Fevral 2017 | 17:41)

Çox sevimli həkimimiz!!!! niyə suallarımızı cavablandırmırsınız?? 23 yanvardan sonra cavab yoxdur. Bu gün fevralın 15-idir.

Mehman Allahverdiyev (15 Aprel 2017 | 15:48)

Cox sağ olun! Bağışlayın ki, işlərim cox olub, baxa bilməmişəm! Əgər istəsəniz yenidən sualı yaza bilərsiniz! Mənim telefon nömrəmi bilirsinizsə ya zəng edin, ya da whatsapp a da yaza bilərsiniz!

elnur (23 Yanvar 2017 | 11:22)

Salam, həkim. Qapağın altındakı diş axşmdan bəri ağrıyır. Ağrıkəsici içdim kömək etmədi. nə edə bilərəm?

Mehman Allahverdiyev (23 Yanvar 2017 | 13:38)

Salam.Əgər ağrıkəsici icdikdən sonra yenə ağrı varsa,Həkimə müraciət edin,vizioqraf etsin,dişin kökünə baxsın.Sonra bir söz demək olar!

Aygul (22 Dekabr 2016 | 17:03)

Salam hekim,men 10 on dis, 10 arxa disimi yeniden estetik berpa isteyirem birdefelik yeni qaralmayan materialla mene normal disler neceye basha geler?qiymetrini demek isteyiremcox bahali yada cox ucuz dis olmasin orta.

Mehman Allahverdiyev (22 Dekabr 2016 | 13:36)

Salam.Yaxshi olardi ki, muayine edek! Bele de ki, texminen 100 manatdan bashlayir qiymetleri

Ən çox oxuduğunuz rubrika hansıdır?