MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Mehman Allahverdiyev
Stomatoloq

Allahverdiyev Mehman Cümşüd oğlu 15 iyun 1972-ci Tərtər rayonunda doğulub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Almaniya, Danimarka, İsveç, Finlandiya, Türkiyə kimi xarici ölkələrdə müxtəlif kurs və konfranslarda iştirak edib. 2014-cü ildə Ankarada İleri Periodontoloji kursunu uğurla başa vurub. İnstitutu bitirdiyi ildən – 1995-ci ildən Bakı şəhəri 1 saylı uşaq poliklinikasında həkim-stomatoloq vəzifəsində çalışır. Eyni zamanda özəl klinikalardan birinə rəhbərlik edir.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
234 CAVAB
Vuqar Ismayilov (09 Avqust 2016 | 12:39)

Salam Dr. Bir muddet evvel dishime plomb qoyulub. Dr. dedi ki dishimdeki nervleri tam olaraq cixarib. Bele olan halda qidalanma zamani soyuq ve isti tesir edir. Mumkundurmu ki nervleri tam olaraq cixarmayib ozude bilmeden? Cavaba gore onceden teshekkur edirem.

Mehman Allahverdiyev (09 Sentyabr 2016 | 11:27)

Salam.Mümkünsə rentgen elətdirin,məlum olacaq.Əgər sinirlər tam cıxarılıbsa damaq xəstəliklərindən ola bilər!

Afaq (01 Avqust 2016 | 12:36)

Salam Aleykum. menim damagim her gun qan olur en cox da ramazan ayinda oruc tutanda. iyne vurdurmusham ama yenede olur. dish pasta deyishmisham shetka deyishmishem muxtelif damag uchun sular var onlardan istifade etmishem ama kesmir. meslehetinize ehtiyach var. tesekkurler.

Mehman Allahverdiyev (01 Sentyabr 2016 | 11:29)

Əleykim salam!Damaq xəstəlikləri müxtəlifdir,səbəbləri də müxtəlifdir!Düzgün diaqnoz qoyulub müalicə edilməlidir,həm də soyuq icməyin!

lale (03 İyul 2016 | 19:53)

Salam doktor.ust diwlerimi estetik berpa etmek isteyirem.sirkonla berpa etmek daha meslehetdi yoxsa keramikayla?? Keramika bir muddetden sonra qaralir deyilene gore.bu heqiqetenmi beledi?? Onceden tewekur edirem

Mehman Allahverdiyev (03 Sentyabr 2016 | 11:31)

Estetik bərpa hər ikisi ilə mümkündür,amma baxır istifadə edilən materiala!!!

Ən çox oxuduğunuz rubrika hansıdır?