MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Mehman Allahverdiyev
Stomatoloq

Allahverdiyev Mehman Cümşüd oğlu 15 iyun 1972-ci Tərtər rayonunda doğulub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Almaniya, Danimarka, İsveç, Finlandiya, Türkiyə kimi xarici ölkələrdə müxtəlif kurs və konfranslarda iştirak edib. 2014-cü ildə Ankarada İleri Periodontoloji kursunu uğurla başa vurub. İnstitutu bitirdiyi ildən – 1995-ci ildən Bakı şəhəri 1 saylı uşaq poliklinikasında həkim-stomatoloq vəzifəsində çalışır. Eyni zamanda özəl klinikalardan birinə rəhbərlik edir.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
234 CAVAB
Azer (12 Aprel 2016 | 14:05)

salam hekim. menim dislerimde qara lekeler var. siqaretde cekirem. bir defe agartdirdim yene hemin veziyyet alindi. qabaq dislerimde daha coxdu bu leke. hemde saralib dislerim. ev seraitinde disleri agartmaq mumkundurmu? mumkundurse zehmet olmasa usulunu deyerdiz. birde deyiller bir xorek qasigi zeytun yagi ve bir xorek qasigi sari kok tozunu qaridirib dis fircasiyla fircalamaq disleri agardir. bu ne derecede dogrudu?

Mehman Allahverdiyev (12 Sentyabr 2016 | 11:38)

Əleykim salam! Türkəcarə üsulunu mən deyə bilmərəm, amma buyurun gəlin!Ağardılma üsulları müxtəlifdir!

Abdullayeva Elmira (12 Aprel 2016 | 09:47)

Salam həkim, mənim dişlərim farfordur, dişlər normaldır, amma bir neçəsinin diş əti qaçıb. necə kömək edə bilərsininz????

Mehman Allahverdiyev (12 Sentyabr 2016 | 11:39)

Buyurun klinikaya gəlin,baxıb məsləhət verərəm!

Arifa Hasanova (04 Aprel 2016 | 12:21)

Salam. Qızımın 3 yaşı var dişlərində qaralma var acı dişlərinin içi tamamilə ovulub. Mənim damağım isə şişib güləndə belə qanayır. Nə məsləhət verə bilərsiniz.

Mehman Allahverdiyev (04 Sentyabr 2016 | 11:41)

Salam! Uşagın dişləri plomblanmalıdır,sizin diş ətiniz müalicə edilməlidir!

Ən çox oxuduğunuz rubrika hansıdır?