MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Orxan Fərəcli
Psixiatr

Orxan Fərəcli 19 sentyabr 1986-ci ildə İmişli rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin müalicə işi fakültəsini bitirib. 2006-2010-cu illərdə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında tibb qardaşı kimi çalışıb. 2010-2011-ci illərdə həmin xəstəxanada İnternatura, Ankara Nümunə Təhsil və Araşdırma Xəstəxanasında 3 aylıq ixtisasartırma kursu keçib. Hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında və özəl klinikalardan birində həkim psixiatr kimi çalışır. 2009-cu ildən indiyədək Psixologiya və Konsultasiya Mərkəzində işləyir. Xəzər Universitetində Klinik Psixologiya fənnini tədris edir. .

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
308 CAVAB
Meslehet (17 Aprel 2017 | 15:46)

Salam Həkim salam mənim problemim əsas özümə qapanmağımdır heç kəslə heç birməlumatı bölüşmürəm bütün yüklərimi öz üzərimdə hiss edirəm buda məndə sinir pozgunlugu hecnədən əsaəblərimimn pozulmasına gətirib çıxardır bu barədə nəsə deyə bilərsiniz

Orxan Fərəcli (17 Aprel 2017 | 22:34)

Salam.Əgər bu sizdə sonradan yaranıbsa depresiyya olma ehtimalı yükəskdir.Depresiyya mülaicə ilə aradan qalxan bir haldır.Yox əgər siz yeniyetməlik dövründən etibarən həmişə belə olmusunuzsa bu sizin xarakter xüsusiyyətiniz oldugu mənasına gəlir.Sağlam günlər arzu edirəm.

Mühəndis-istehkamçı (15 Aprel 2017 | 22:00)

Doktor, salam. Çox xeyrxah iş görürsünüz. Allah sizin elminizə, zəkanıza qüvvət versin. Doktor mənim 40 yaşım var. Üzr istəyirəm, həftədə 3 dəfə partnyorumla yaxınlıq edirəm. Bu məni qane eləmir. Deyirlər bu psixi xəstəlikdi. Yəni, insan qorxur ki, bu imkan tezliklə əldən çıxacaq ona görə cinsi fəaliyyətdə acgözlüyə varır. Bu belədimi. Əvvəlcədən təşəkkür edirəm.

Orxan Fərəcli (15 Aprel 2017 | 15:36)

Salam.Cinsi əlaqənin sayında xüsusi bir normativ yoxdur lakin yaşınızı nəzərə alsaq həftədə 3 dəfə normal hesab etmək olar.Əgər partnyorunuzla aranızda problem yaradırsa bunu müzakirə edin.Sağlam günlər arzu edirəm

Huseynova Nergiz (06 Mart 2017 | 21:41)

Salam.Menim qardawimda sosial fobiya ve obsesif kompulsiv pozuntu var.Hekim mesleheti ile derman qebul edir ve onun yaninada gedir.Menim sualim ise biz ona nece komek ede bilerik ki onun yaninda olacagimizi hiss etdirek?Qardawimin 18 yawi var.Tewekkurler

Orxan Fərəcli (06 Mart 2017 | 21:47)

Salam.Əgər qardaşınız dərman və psixoteraiyanı eyni vaxtda qəbul edirsə hər iki xəstəlik müalicəyə böyük ehtimalla tabe olacaqdır.Ailə üzvü kimi sizin üzərinizə düşən bunun bir xəstəlik oldugunu qəbul etməyiniz və "hər şey özündən asılıdır, iradən olsun" kimi məsləhətlər verməyəyinizdir.Sağlam günlər arzu edirəm

Ən çox oxuduğunuz rubrika hansıdır?