MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Elnur Rüstəmov
Psixoloq

Elnur Rüstəmov Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunda aspiranturanı bitirib. Bir müddət ali məktəblərdə psixologiya fənnini tədris edib. 2008-2009-cu illərdə Regional Psixologiya Mərkəzinin rəhbəri kimi çalışıb. Bir neçə beynəlxalq konfransın istirakçısı, elmi nəşrlərin və tədqiqatların müəllifidir. Hazırda Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri və psixoloq kimi calışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
1167 CAVAB
Sadiqa xanım (20 Dekabr 2016 | 10:04)

Salam elnur müəllim, mənim sizə məni çox narahat edən bir məsələ ilə baqlı sualım var. Bacımın qızı artıq 3 aydır ki gəlin köçüb.Hər iki tərəfin qarşılıqlı razılığı və təbii ki, gənclərin öz istəkləri ilə. evlilikdəən təxminən 1 il əvvəl tanış olub sevgi ilə ailə qurublar. lakin bu vaxta qədər aralarında ər-arvad münasibəti olmayıb. Buna səbəb hər iki tərəfdəndir. Qeyd edim ki, qızın valideynləri 7 il əvvəl ,yəni bacımım ailəsi, avtomobil qəzasında həlak olublar. Təbii ki, 4 uşaq psixoloji travma alıb.Biz söhbət etmişik hər ikisi ilə sanki onlar arasında bacı qardaş münasibəti kimi yaxınlıq yaranıb. Nə etməliyəm. Zəhmət olmasa afandi.n@mail.ru ünvanı ilə əlaqə saxlayaq

Elnur Rüstəmov (20 Yanvar 2017 | 14:29)

Salam. Burada psixoloji çox nüans ola bilər. Vaginizmlə bağlı müraciətlərimiz çoxdur. Burada tərəflərin hər ikisinin belə bir sıxıntısı olduğuna baxmayın. Kim kimi qorxudur, çəkindirir bilə bilmərik. Müraciəti yaxşı olar ki, onlar ikisi etsin. Siz sadəcə onları psixoloqa yönləndirin. 0552572700 0124803629

Terane Tuncay (12 Dekabr 2016 | 16:53)

Salam, Elnur müellim. Qardaşım oğlunun 3 yaşı var. Planşete baxaraq ingilis elifbasını, rengleri, saymağı, heyvan ve meyve adlarını özü öyrenib tanıyır ve deyir. Rusca, azerbaycanca da saymağı, müxtelif sözleri bilir. Dediklerimizi tekrarlayır, lakin bizimle cümleler şeklinde ünsiyyet qurmur, el-qol hereketi ile isteyini bildirir. Vermeyince çığırmaqla teleb edir.. Xarakterce çox mehriban, adamları xoşlayan uşaqdır. Planşete baxanda bütün diqqetini ona verir. Ünsiyyet qurmamasının sebebi nedir? Cavabınızı sebirsizlikle gözleyirem) Önceden teşekkür

Elnur Rüstəmov (12 Yanvar 2017 | 14:32)

Salam. Allah saxlasın balanızı. Bu yaşda uşağın bilgiləri valideynlərindən deyil də, planşetdən öyrənməsi elə bunun ilk səbəbidir. Siz bir uşaq psixoloqu ilə görüşün, mütləq uşağı müayinə etsin. indidən çatışmayan nədirsə, müəyyən edilib korreksiya edilsin.

Mirzeyev nuride (11 Dekabr 2016 | 01:29)

Salam menim oglumun 8 yawi var cox esebidi ne meslehet gorerdiz

Elnur Rüstəmov (11 Yanvar 2017 | 14:33)

Salam. Bu yaşda uşağın əsəbi deyiləcək qədər aqressiv davranışlarına səbəb nədir bilmədən hansısa məsləhəti etmək çətindir. Bir psixoloq müayinəsi doğru yanaşma üçün şərtdir.

Ən çox oxuduğunuz rubrika hansıdır?