MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Elnur Rüstəmov
Psixoloq

Elnur Rüstəmov Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunda aspiranturanı bitirib. Bir müddət ali məktəblərdə psixologiya fənnini tədris edib. 2008-2009-cu illərdə Regional Psixologiya Mərkəzinin rəhbəri kimi çalışıb. Bir neçə beynəlxalq konfransın istirakçısı, elmi nəşrlərin və tədqiqatların müəllifidir. Hazırda Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri və psixoloq kimi calışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
1167 CAVAB
Müşfiqə Əsgərova (30 Noyabr 2016 | 17:00)

Salam, Mən qızımla bağlı psixoloqa müraciət etdim.Lakin psixoloq məsləhətləri o qədər bahadır ki.Bir neçə psixolaqla əlaqə saxladım,Bir seansının qiyməti minimum 70 manatdan başlayır.Minimum 7-8 seans lazım olduğu bildirildi.Bunun isə adi vətəndaşın büdcəsinə uyğun olmadığını yəqin Siz də yaxşı bilirsiniz.Qiymətlərin bu qədər yüksək olması nə ilə əlaqədardır? Təşəkkür edirəm.

Elnur Rüstəmov (30 Yanvar 2017 | 14:36)

Salam. Qiymətlərə baxılırsa, siz müraciəti bizə etmədiyiniz dəqiqdir. Və heç bir problemin gedişatı görülmədən öncədən seans sayı verilmir. İlkin olaraq seans sayı verilə bilər. Ancaq bu qədər seansa sağalacaq deyə bir şey psixoloji hallarda yoxdur. Təəssüf ki, bəzi müəssisələr belə hallarla vətəndaşı incidə bilirlər. Doğru yanaşma üçün buyurun müraciət edin fərqi görəcəksiniz. 0552572700 0124803629

Samire Neymetova (29 Noyabr 2016 | 13:42)

Salam Elnur bey! menim size sualim odurki men 12 illik aileliyem iki ovladimiz son nece illerdiki heyat yoladwimi ozme yaxin buraxmiram. usaqlarim olannan somra mende bu hisler tamam yox olub hec vaxt yadimada dusmurki heyat yoldawimnan yaxinliq edim..Coxlu mubahisleler yaranir herden deyirmeki get ikinci defe aile qur ancaq yoldawim mene olan sadiqliyinnen bawqa addim atmir. Bunun sebebi ne ola biler bir mutexessis kimi mene meslehet verin.Onceden tewekkurler!

Elnur Rüstəmov (29 Yanvar 2017 | 14:39)

Salam. Hamiləlikdən sonrakı dövrlərdə belə hallara rast gəlmək mümkündür. Psixoloji müdaxilə ilə aradan qalxıla bilən bir haldır. Ümid varkən gecikdirməyin. Əlaqə saxlayın sizi qeydiyyata alsınlar. 0552572700 0124803629

Məmmədova Gülnarə (07 Noyabr 2016 | 10:01)

Salam Elnur müəllim mənim qızım 6 ayın gelinidi.Gedən günnən həyat yoldaşının ona soyuğluğun hiss edir.Deyir ele bil onunçun evde mən yoxam.Çox pis hallar keçirir.Ne meslehet verediz..bu durumu nece hell etsin.

Elnur Rüstəmov (07 Yanvar 2017 | 14:43)

Salam. Evlilikdən sonra hətta evlənən ilk gündən belə bir problemin yaşanması çox öncədən bir şeylərin yolunda getmədiyini göstərir. Ola bilər bu qızınızla əlaqəli olsun. Ola bilər oğlanın özü ilə. Bunu dəqiqləşdirmək üçün sadəcə müşahidə etmək kifayətdir. Əgər qızınızla əlaqəlidirsə, danışılıb həll edilməli, yox özü ilə əlaqəlidirsə, üstünə getmək lazım deyil. Bu ərəfədə də onun soyuqluğunu ona bildirmək də lazım deyil. Hətta olmaz. İzin verin özü fərqindəlik qazanacaqdır. Qızınız özünə diqqət etsin, baxımına və s. Diqqəti belə çəkə bilər. Bəzən vecə almamaq verilə biləcək ən gözəl cavabdır. Ancaq o zaman gözəl cavabdır ki, haçan ki, bütün hallar diqqətə alınıb və müşahidə edilib. Əgər burada səhv buraxmaqdan çəkinirsinizsə, psixoloq dəstəyindən yararlanın. Onunla daha dəqiq müşahidəni edib, daha dəqiq yanaşmanı tapa biləcəksiniz. Əlaqə nömrələrimiz: 0552572700 0124803629

Ən çox oxuduğunuz rubrika hansıdır?