MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Elnur Rüstəmov
Psixoloq

Elnur Rüstəmov Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunda aspiranturanı bitirib. Bir müddət ali məktəblərdə psixologiya fənnini tədris edib. 2008-2009-cu illərdə Regional Psixologiya Mərkəzinin rəhbəri kimi çalışıb. Bir neçə beynəlxalq konfransın istirakçısı, elmi nəşrlərin və tədqiqatların müəllifidir. Hazırda Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri və psixoloq kimi calışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
1167 CAVAB
yegane (21 Sentyabr 2013 | 00:51)

salam herden bawlmda qeribe sesler olur qulaqlarlml tuturam hemin an qwqrnaq isteyirem doze bilmirem

Elnur Rüstəmov (21 Sentyabr 2013 | 11:48)

Salam Yeganə xanım

İlk növbədə psixoloji müayinə və sonra müalicə almağınız vacibdi. Buradan qeyd etdiklərinizə əsasən konkret nələrsə söyləmək çətindi. Detallı yazsanız yaxşı olardı.

vusale abbasova (20 Sentyabr 2013 | 22:13)

sevgisi bitmis ailenin sonu sizce nece olacaq

Elnur Rüstəmov (20 Sentyabr 2013 | 11:49)

Salam Vüsalə xanım

Ailəni bir-birinə bağlayan sevgidən başqa uşaq, birgə yaşayış yeri, və s. faktorlar olur. Bunu qabartmaq lazımdı. Bu sevginin yenidən bərpa olunmasına yardımçı olacaq.

Ən çox oxuduğunuz rubrika hansıdır?