MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Elnur Rüstəmov
Psixoloq

Elnur Rüstəmov Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunda aspiranturanı bitirib. Bir müddət ali məktəblərdə psixologiya fənnini tədris edib. 2008-2009-cu illərdə Regional Psixologiya Mərkəzinin rəhbəri kimi çalışıb. Bir neçə beynəlxalq konfransın istirakçısı, elmi nəşrlərin və tədqiqatların müəllifidir. Hazırda Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri və psixoloq kimi calışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
1167 CAVAB
LEYLAN MUSAYEVA (21 Oktyabr 2016 | 14:45)

SALAM ELNUR bey.mende son zamanlar gerginlik yaranib.hersee gore heyecan kecirirem.aniden elimde titreme hiss edirem.qametde pozulmada olur.bilmirem beılkede oturaq isimin olmasinda asilidi.urey doyuntulerim suretli olur.bu hanisisa xesteliyin elametleri ola biler,?

Elnur Rüstəmov (21 Yanvar 2017 | 14:45)

Salam, ola bilər həyəcan-təşviş pozuntusu olsun. Mütləq şəkildə müdaxilə edilməlidir.

Gülnarə Xəlilova (19 Oktyabr 2016 | 10:21)

Salam Elnur müəllim! Necəsiniz? Elnur müəllim, men sizdən meslehet almaq istəyirəm. Menim qayinim artiq 1 il 2 aydir ki, ailə qurub. Ancaq övladı yoxdur. Müayinədən keçiblər. Həkimlər bildirib ki, problem oğlandadir. Amma buna baxmayaraq, Türkiyədə də, burda da hələ gözləməyi tövsiyyə edirlər. Müalicə olunur. Lakin indi gəlin deyir ki, mənim yaşim keçir, qorxuram sonra ana ola bilməyim. Gedək süni mayalanma ilə olsun. Əslində bir qadin olaraq onu başa düşmək olar ki, bütün xanimlar ailə quarandan sonra tezliklə ana olmaq istəyirlər. Qayinim da deyir ki, hele bir az gözləyək, bu mənim problemimdi mən də həll edəcəm. Yəqin ki, hələ psixoloji buna hazir deyil. bəlkə də hələ bu vəziyyəti qəbullana bilmir. Bu səbəbdəndə aralarina söz düşür. Qısa bir müddətdir ki, artiq ayri-ayri evlərdə yaşayirlar.Mən belə düşünürəm ki, bəlkə bir müddət ayri olsalar, daha yaxsi düşünərlər, sakitləşərlər. Çünki ikisi də deyir ki, mən haqliyam, mən deyən olsun. Bir -birini dinləmək problemləri var. Elnur müəllim onu da qeyd edim ki, mama (qaynanam) 9 aydir dünyasini deyişib. O, olan müddət də bizim heç birimizin bu səbəbdən problemi olmurdu. Çünki o, hər şeyi öz yoluna qoyur, balansi saxlaya bilirdi. Atalari da dünyasini dəyişib. Anasinin dünyadan köçməsi, indi tamamilə kimsəsiz, böyüksüz olamaları qaynima tesir edib. O, indi -indi sakitləşir. Mən də gəlinə deyirəm ki, tələsmə, ona dəstək ol, ona çox çətindir. Daha bilmirəm ki, nə edək. İndi biz nə etməliyik? Çox xahiş edirəm, cavablandırıb mənə məsləhət verəsiniz. Öncədən minnətdaram. Allah razi olsun.

Elnur Rüstəmov (19 Yanvar 2017 | 14:49)

Salam. Çox doğru qeyd etdiniz ki,o buna hələ də hazır deyil. Yəni çox zaman gördüyümüz o olur ki, qadın yoxlanışdan keçir, ancaq problem çıxmır. Məqam kişiyə çatır problem onda olur, ancaq yoxlanışa getməyə, müalicə almağa yönəlmir. Psixoloji olaraq onu buna hazırlamaq lazımdır. Əgər psixoloq dəstəyini qəbul edərsə, yönləndirin. Yox əgər onu buna razı salmağa çalışın. yaxud yoldaşı onu psixoloji hazırlasın. Ayrı evdə qalmaq doğru qərar deyil. Sadəcə bir-birinin üstünə getmədən məsələ həll oluna bilər. 0552572700 0124803629 müraciət edin sizə yardım edəcəklər.

lyasmina (07 Mart 2016 | 02:24)

Salam Elnur muellim.menim 2 yashli ovladim var.men cox cetin hamilelik kecirtmishdim deyen uwaqin ustunde esiremki uwaqa nese olar,bawqasinin yaninda qoyub hec yere getmirem,asqiran,oskuren adam gorende havalaniram ,qorxuram uwaqa kecer,uwaqda tez xestelenen uwaqdir.menim problemim odurku cox heyecan kecirirem uwaqa gore,bunun mualicesi varmi?isteyirem mende bashqa analar kimi uwaqima normasinda diqqet edim,hec neyden qorxmayim,mende artiq panik atak yaranib.mene ne meslehet vererdiniz?evvelceden teshekkurler.

Elnur Rüstəmov (07 Mart 2016 | 00:30)

Salam.Qeyd etdiyiniz əlamətlər keçirdiyiniz gərgin hamiləlik dönəminin nəticəsində formalaşan generalizə olunmuş təşviş pozuntusudur.Problemin fonunda narahatlıq, bir yerdə qərar tutmamaq, diqqət və motivasiyada pozulma, konsentrasiya pozulması, həyəcan, əsəbilik, ölüm və dəli olma qorxusu, yadlaşma hissi, yaxın adamlarına və ya özünə pis nəsə olacağı və pis xəbər eşitmə qorxusu kimi psixoloji;taxikardiya,epiqastral nahiyədə ağrı,tərləmə.titrəmə,əsmə, boğulma, kimi somatik əlamətlərlə müşahidə olunur.Terapiyasında əsasən psixoterapiya aparılır.Təyinata uyğun medikamentoz terapiya da tətbiq oluna bilər.Əks təqdirdə problemin əlamətləri daha da inkişaf edər və digər psixi pozuntuların yaranmasına gətirib çıxarar.

Ən çox oxuduğunuz rubrika hansıdır?