MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Vaqif Qarayev
Pediatr

Qarayev Vaqif Vəli oğlu 1979-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1979-1980-ci ildə pediatriya üzrə internatura kursu keçib. 1980-1993-cü illərdə sahə pediatri, xəstəxanada uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-2008-ci illərdə Təcili Yardımda uşaq reanimatoloqu vəzifəsində işləyib. 2008-2013-cü illərdə özəl klinikada baş həkim (paralel olaraq pediatr) olub. İşlədiyi müddətdə Bakıda və müxtəlif ölkələrdə dəfələrlə təkmilləşmə kurslarında iştirak edib. 2013-cü ildən bu günə qədər özəl klinikada pediatr kimi fəaliyyət göstərir.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
110 CAVAB
Ayten (08 Fevral 2017 | 15:44)

Salam həkim. Oglumun 3 yaşı var 1.6 dan sonra dizdən aşağı ayaqlarının dərisi quru idi, indi elə bil qaz dərisi kimi olub el vuranda quru hiss edirem. Nədən ola bilər? hansı analizləri verək?

Vaqif Qarayev (08 Fevral 2017 | 12:11)

Salam!Siz həkiminizə müraciət edin....müayinə eləsin

Zaur Memmedov (07 Fevral 2017 | 16:56)

Salam menim oglum 5 ayliqdi sinesinde xirilti olur arada n meslehet gorerdiniz?

Vaqif Qarayev (07 Fevral 2017 | 12:09)

Salam!Xiriltinin səbəbini tapmaq üçün sizin oğlunuza baxmaq lazimdi.....

Əfsanə (19 Yanvar 2017 | 09:48)

Salam, mənim qızımın 8 yaşı var sağ döşü ağrıyır bu nədən ola bilər

Vaqif Qarayev (19 Yanvar 2017 | 14:07)

Salam!"döşü ağriyir" ümumi sözdü...Siz ya sahə pediatrina,ya da endokrinoloqa müraciət edin...

Ən çox oxuduğunuz rubrika hansıdır?