MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Qabil Zülfiyev
Oftalmoloq

Zülfiyev Qabil Əhədulla oğlu 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II Müalicə-profilaktika fakültəsinə daxil olub, 1993-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1993-95-ci illərdə Tibb Universitetinin Oftalmologiya kafedrasında klinik ordinaturada, 1995-98-ci illlərdə aspiranturada təhsilini davam etdirib. 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru adı olub. 1999-cu ildən Oftalmologiya kafedrasında assistent vəzifəsində tibb kadrlarının hazırlanmasında fəaliyyət göstərir. Oftalmocərrah kimi həkimlik fəaliyyətini Tibb Universitetinin Tədris-Cərrahiyyə klinikasında və özəl klinikalarda çalışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
9 CAVAB
Vusal (10 Mart 2017 | 15:19)

Salam. Men ishimle bagli olaraq gunun teqriben 5-6 saatini, belke de daha cox hissesini komputer arxasinda kecirirem. 36 yashim var. Evveller gozumden shikayetim olmayib. Amma son vaxtlar yoruluram. Gozlerimi komputer shualarindan qorumaq ucun ve gozlerimin istiraheti ucun ne meslehet gorerdiniz. Evvelceden teshekkurler.

Qabil Zülfiyev (10 Mart 2017 | 12:31)

Aleykum salam. Tərkibində süni göz yaşları olan göz damcılarından istifadə etmək, qoruyucu eynəklərdən istifadə etmək, fasiləsiz işləməmək lazımdır. Kompyuterdə uzun müddətli iş həm də allergiya və spazm əmələ gətirə bilər ki, bunların təyini üçün müayinə olunmaq lazımdır.

Almaz Adıgözəlova (04 Mart 2017 | 17:48)

Salam çox hörmətli Qabil həkim! Mənim gözümün birində yüksək dərəcəli miopiya və miopik astiqmatizm, digərində isə orta dərəcəli miopiya və miopik astiqmatizm var Qeyd edim ki 7 aylıq hamiləyəm. 23 yaşım var. Amma göz dibi patologiyasızdır. Həkim mənə dedi ki qeysəriyyə yolu ilə övladını dünyaya gətirməlisən. Mənim ilk hamilələyimdir. Bilmək istəyirəm ki mən gözümü lasik əməliyyatı ilə yaxın vaxtlarda əməliyyat etdirsəm Təbii doğuş mümkün ola bilərmi? və ya. Əvvəlcədən təşəkkür edirəm

Qabil Zülfiyev (04 Mart 2017 | 09:51)

Aleykum salam. Hamiləlik zamanı Lasik əməliyyatının aparılması olmaz. Təbii dogüşün aparılmasına olan əks-göstərişlər göz dibinin vəziyyətindən asılıdır. Allah Sizi və övladınızı salamat etsin!

Rəşad Həsənov (03 Mart 2017 | 10:10)

Salam doktor. Hər səhər oyananda gözdə olan axıntı (çirk) həmişə olduğundan çox olur. Bunun səbəbi nə ola bilər? Hansı dərmanı istifadə etməliyəm.

Qabil Zülfiyev (03 Mart 2017 | 09:41)

Aleykum salam. Gözdə olan ifrazatların səbəbi konyunktivitlərdir. İrinli ifrazat olsa antibakterial damcılar, irinli olmasa antiallergik damcılar lazımdır.

Ən çox oxuduğunuz rubrika hansıdır?