MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Qabil Zülfiyev
Oftalmoloq

Zülfiyev Qabil Əhədulla oğlu 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II Müalicə-profilaktika fakültəsinə daxil olub, 1993-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1993-95-ci illərdə Tibb Universitetinin Oftalmologiya kafedrasında klinik ordinaturada, 1995-98-ci illlərdə aspiranturada təhsilini davam etdirib. 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru adı olub. 1999-cu ildən Oftalmologiya kafedrasında assistent vəzifəsində tibb kadrlarının hazırlanmasında fəaliyyət göstərir. Oftalmocərrah kimi həkimlik fəaliyyətini Tibb Universitetinin Tədris-Cərrahiyyə klinikasında və özəl klinikalarda çalışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
10 CAVAB
Rəşad Həsənov (03 Mart 2017 | 10:10)

Salam doktor. Hər səhər oyananda gözdə olan axıntı (çirk) həmişə olduğundan çox olur. Bunun səbəbi nə ola bilər? Hansı dərmanı istifadə etməliyəm.

Qabil Zülfiyev (03 Mart 2017 | 09:41)

Aleykum salam. Gözdə olan ifrazatların səbəbi konyunktivitlərdir. İrinli ifrazat olsa antibakterial damcılar, irinli olmasa antiallergik damcılar lazımdır.

Mehri Xanim (02 Mart 2017 | 01:06)

salam doktor,,48 yawim var,,nece ildi ki hekimlerde oluram,,bir deqiq cvb veren yoxdu,,,goz ezelesi zeifdi?? yoxsa gozde qan dovrani pozulur?? nedense gozum kicilir,,,bir gozumm,,yaxina gormede +3..taxiram,,,uzaga da +1,5 ,,son defe muayinede hekim qeyd etdi ki,,+3.5 taxmalisan artiq,,siz mene meslehet verseniz coox sevinerem,,,tewekkur edirem onceden,,,

Qabil Zülfiyev (02 Mart 2017 | 09:11)

Aleykum salam. Yaxıngörmənin zəifləməsi yaşa bağlıdır. Odur ki, mütəmadi olaraq yoxlanmalı və eynək dəyişdirilməlidir. Bu normal fizioloji haldır. Ğözün kiçilməsinə gəlincə, bunun üçün müayinə olunmadan bir söz demək olmaz.

Xəyalə (06 Fevral 2017 | 10:20)

Salam, doktor. Səhər oğlum sol gözündə qaşıntı ilə oyandı. Baxdıq ki, gözünün içi qıpqırmızı olub. Bu, nə ola bilər? Nə edə bilərik?

Qabil Zülfiyev (06 Fevral 2017 | 15:11)

Aleykum salam. Sizin oğlunuz gözündə konyunktivit olub. Amma konyunktivitin hansı növü olmasını təyin edib müalicə yazılması üçün gərək müayinə olunsun.

Ən çox oxuduğunuz rubrika hansıdır?