MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Qabil Zülfiyev
Oftalmoloq

Zülfiyev Qabil Əhədulla oğlu 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II Müalicə-profilaktika fakültəsinə daxil olub, 1993-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1993-95-ci illərdə Tibb Universitetinin Oftalmologiya kafedrasında klinik ordinaturada, 1995-98-ci illlərdə aspiranturada təhsilini davam etdirib. 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru adı olub. 1999-cu ildən Oftalmologiya kafedrasında assistent vəzifəsində tibb kadrlarının hazırlanmasında fəaliyyət göstərir. Oftalmocərrah kimi həkimlik fəaliyyətini Tibb Universitetinin Tədris-Cərrahiyyə klinikasında və özəl klinikalarda çalışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
10 CAVAB
Orxan Bagirov (30 Yanvar 2017 | 02:19)

Salam hekim menim 4 ayliq oglum var gozunda biraz cheplik var bilmek isterdimki boyudukce kececek yoxsa mualice etdirmek lazimdir?

Qabil Zülfiyev (30 Fevral 2017 | 17:25)

Aleykum salam. Sizin "çəplik" deyə adlandırdığınız görüntünün arxasında 2 hal ola bilər: ya yalançı çəpgözlükdür ki, bunun müalicəyə ehtiyacı yoxdur və böyüdükcə keçib gedəcək; ya da həqiqi çəpgözlükdür ki, mütləq müalicə olunmalıdır, müalicəsiz keçə bilməz.

Səbinə Hüseynova (11 Yanvar 2017 | 16:54)

Salam, doktor. Təxminən 2 həftədi sol gözüm gün boyu bir neçə dəfə səyriyir. İndiyə kimi belə olmayıb. Bu, nəylə bağlı ola bilər?

Qabil Zülfiyev (11 Yanvar 2017 | 21:05)

Aleykum salam. Sizdə gözün səyriməsi deyil, böyük ehtimalla göz qapaqlarının səyriməsidir. Bu da göz qapaqlarının sinir problemi ilə bağlı olduğu üçün nevropatoloqa müraciət etmək lazımdır.

Zaur Memmedov (04 Yanvar 2017 | 16:23)

salam hekim bilmek isterdim ki astiqmatizmin mualicesi var? ve ya emeliyyatla. 25 yasim var

Qabil Zülfiyev (04 Yanvar 2017 | 21:04)

Aleykum salam. Astiqmatizmi aradan qaldırmaq üçün eynəkdən və ya kontakt linzadan istifadə edilməli, ya da Eximer Lazerlə əməliyyat aparılmalıdır.

Ən çox oxuduğunuz rubrika hansıdır?