MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Qabil Zülfiyev
Oftalmoloq

Zülfiyev Qabil Əhədulla oğlu 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II Müalicə-profilaktika fakültəsinə daxil olub, 1993-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1993-95-ci illərdə Tibb Universitetinin Oftalmologiya kafedrasında klinik ordinaturada, 1995-98-ci illlərdə aspiranturada təhsilini davam etdirib. 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru adı olub. 1999-cu ildən Oftalmologiya kafedrasında assistent vəzifəsində tibb kadrlarının hazırlanmasında fəaliyyət göstərir. Oftalmocərrah kimi həkimlik fəaliyyətini Tibb Universitetinin Tədris-Cərrahiyyə klinikasında və özəl klinikalarda çalışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
10 CAVAB
Zaur Babayev (31 Dekabr 2016 | 20:49)

Salam Qabil həkim.. Mənim gözümdə uzaq görmədə zəiflik var (sağ -0,5; sol -0,75). 35 yaşım var. Açkini daimi tapmalıyam və ya arada taxsam olarmı? Birdə ümumiyyətlə Açkini görmənin artıb azalmasına təsir göstərirmi? Açkini taxmasam görməm dahada zəifləyər yoxsa zəif görməm aradan qalxa bilər? Hər bir sualımı cavablandırardınız zəhmət olmasa.. Öncədən təşəkkür edirəm...

Qabil Zülfiyev (31 Yanvar 2017 | 00:42)

Aleykum salam. Sizdə zəif dərəcəli miopiyadır. Eynəyi yaxına baxanda taxmaq olmaz. Yaxın dedikdə gözdən 30-40 sm məsafədə olan işlər nəzərdə tutulur. Bunlara oxumaq, yazmaq, telefona baxmaq və s. aiddir. Eynək taxmaq görməni yaxşılaşdırır, eynəyi çıxaranda əvvəlki vəziyyətə qayıdır. Eynəyi heç taxmamaqla görmə zəfliyi aradan qalxmaz, əksinə başqa naraharlıqlar yarana bilər. Bu səbəbdən də hər gün eynəkdən istifadə edilməlidir, xüsusilə də televizora baxanda, avtomobil idarə edəndə və diqqət tələb edən və 50 sm-dən uzaqda olan digər işlərdə.

Ən çox oxuduğunuz rubrika hansıdır?