MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Arzuman Talıbov
Kardioloq

Talıbov Arzuman Astan oğlu 1974-cü ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olub. 1980-89-cu illərdə Kosalı kənd orta məktəbində təhsil alıb. 1989-91-ci illərdə kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirib. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. 1998-99-cu illərdə Mərkəzi Dənizçilər Xəstxanasında internatura keçib, elə həmin ildən də orada çalışır. Hazırda Mərkəzi Dənizçilər Xəstəxanasının kardiologiya şöbəsinin mudiridir. Bu günə qədər bir çox yerli və beynəlxalq kordioloji konfranslarda, seminarlarda iştirak edib.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
2 CAVAB
Aftandil Axundov (29 Yanvar 2017 | 21:13)

65 yaşım var.Yüksək təyzikdən Lizinopril 10 mq qəbul edirəm.Ancaq ürək döyüntülərim 60 aşağı olur. Nə məsləhət görərsiz, əvvəlcədən öz minnətdarlığımı bildirirəm

Arzuman Talıbov (29 Yanvar 2017 | 23:17)

salam .Əgər lizinopril təzyiqi normal saxlayırsa, ürək döyüntüsünə görə heç nə eləmək lazım deyil

Vüqar İsmayılov (18 Yanvar 2017 | 13:20)

Salam Dr. İşlərinizdə uğurlar arzulayıram. Sizə sualım vardır. Oğlumun 9 yaşına az qalıb. Təqribən 3 ildir ki aktiv idman növləri ilə məşğuldur(hər məşq vaxtı minimum 2 saata yaxındır). Sonuncu dəfə güləşəndə mənə yaxınlaşıb ürəyi tərəfdə sancı olduğunu dedi. Məşqi davam etdirdiyi vaxt ikinci dəfə də bu sancının olduğunu dedi. Bundan narahat olub ürək həkiminə müraciət etmək istəyirəm. Sualım budur ki, 1) Bu ağır məşqlər onun ürəyində xəstəliyin yaranmasına səbəb ola bilərmi? 2) Həkimə getməzdən əvvəl kordioqrama, yoxsa exo etdirək tam dəqiq diaqnoz qoyulması üçün? Cavabınıza görə öncədən təşəkkür edirəm.

Arzuman Talıbov (18 Yanvar 2017 | 23:26)

salam.sancı ürəklə əlaqədar olmaya da bilər . Yaxşı olardı həm EKQ,həm də EXO müyinəsini keçsin

Ən çox oxuduğunuz rubrika hansıdır?