MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Vasif İsmayıl
Uroloq-cərrah

Vasif İsmayıl Rafael oğlu 9 fevral 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Tibb Universitetini, daha sonra İstanbul Universitetinin tibb fakültəsini bitirib. 2003-cü ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında dissertasiya işini müdafiə edib.

2003-2009-cu illərdə Mərkəzi Klinik Xəstəxanada çalışıb, 3 mindən çox əməliyyat həyata keçirib. Azərbaycanda ilk dəfə qapalı böyrək, sidik kisəsi, sidik axarı əməliyyatlarını həyata keçirən həkimdir. 2009-cu ildən indiyə qədər Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalında işləyir.

30-dan çox elmi məqalənin müəllifidir.

Azərbaycan Uroloqları Assosiasiyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvüdür. Tibb elmləri üzrə fəlsəfə doktorudur.

 

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
9 CAVAB
Kanan (10 Fevral 2017 | 16:42)

Salam Doktor. Manda cinsi orqan ve xayalarda diskonfort hissi var ve soyuqluq var el vuranda soyuqluq hiss olunur ve renginde tundleshme var. bele son vaxtlar diskonfortluq mani cox narahat edir key agrilar var. ama boyume shishme yoxdur. sebebi neden ola biler? evvelceden teshekkurler.

Vasif İsmayıl (10 Fevral 2017 | 18:36)

Salam. Şikayətləriniz psixolojikdir.

Yahya (28 Yanvar 2017 | 19:03)

Salam doktor mən maye qəbul edən kimi tez-tez sidiyə gedirəm yolda hərəkət zamanıda qəflətən sidiyə getmək tələb olunur.Bunun müalicəsi necə ola bilər nə məsləhət verərdiniz

Vasif İsmayıl (28 Fevral 2017 | 18:37)

Çoxlu maye qəbulundan sonra bu şəkildə sidiyə getmə normaldır.

Elxan (18 Yanvar 2017 | 12:14)

Salam doktor.sualim beledir.men biliremki mende trixamanos ve xlamidiyos var.amma men bunu qeti hiss etmirem.ozumu cox yaxsi hss edirem.cinsi elaqedede oluram tez tez.bunun neticesi nece ola biler?

Vasif İsmayıl (18 Yanvar 2017 | 19:40)

Siz xəstəliyi tərəf müqabilinizə keçirirsiniz. Yaxşı hərəkət deyil. Müalicə olunun, lütfən.

Ən çox oxuduğunuz rubrika hansıdır?