MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Vasif İsmayıl
Uroloq-cərrah

Vasif İsmayıl Rafael oğlu 9 fevral 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Tibb Universitetini, daha sonra İstanbul Universitetinin tibb fakültəsini bitirib. 2003-cü ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında dissertasiya işini müdafiə edib.

2003-2009-cu illərdə Mərkəzi Klinik Xəstəxanada çalışıb, 3 mindən çox əməliyyat həyata keçirib. Azərbaycanda ilk dəfə qapalı böyrək, sidik kisəsi, sidik axarı əməliyyatlarını həyata keçirən həkimdir. 2009-cu ildən indiyə qədər Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalında işləyir.

30-dan çox elmi məqalənin müəllifidir.

Azərbaycan Uroloqları Assosiasiyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvüdür. Tibb elmləri üzrə fəlsəfə doktorudur.

 

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
9 CAVAB
Eldar Imanov (13 Yanvar 2017 | 18:56)

Salam doktor, Texminen 6 hefte evvel cinsi elaqeden sonra prezervativinde ichinde chox az qirmizi maye gordum. Chox guman ki qan idi. Daha sonraki 2 ya 3 aktda da qan gordum. Amma ondan sonra daha qan gormurem. Hech bir agri, narahatliq, qeyri adi bir shey hiss etmirem ozumde. Narahatliqa esas varmi sizde? Teshekkur edirem.

Vasif İsmayıl (13 Yanvar 2017 | 19:41)

Sizdə hematospermiya deyilən hal var. Çox vaxt ciddi səbəb tapılmır. Yenə də həkimə bir gedin.

lALA (13 Yanvar 2017 | 12:27)

sALAM dOKtor sizden bir soz sorusum atam yeriyende ayaqlari tutulur tengi nefes olur piyada cox gede bilmir bunu hekimler prostat ile elaqenlendribler bu ola bilermi?

Vasif İsmayıl (13 Yanvar 2017 | 19:42)

Bu şikayətlərin prostatla heç bir əlaqəsi yoxdur.

Dinar Bayraməliyeva (12 Yanvar 2017 | 13:05)

Salam! Əvvəlcədən təşəkkür edirəm.Mənim 39 yaşım var.Son bir ildə sol gözümdə şişkinlik olur.alt-üst ya da tək üst,tək alt.1 il ərzində 5-6 dəfə olub.Göz həkiminə müraciət etmişəm, heç bir problem olayıb.(100 % görmə).Qeyd edim ki, İşim kompüterlə əlaqədardır. Əgər gözdə problem yoxdursa böyrək səbəbli ola bilərmi?Xahiş edirəm cavablandırasınız.

Vasif İsmayıl (12 Yanvar 2017 | 13:31)

Diqqətiniz üçün minnətdaram. Bu məsələni göz həkimi ilə danışın, lütfən.

TOP10

Ən çox oxuduğunuz rubrika hansıdır?