MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Vasif İsmayıl
Uroloq-cərrah

Vasif İsmayıl Rafael oğlu 9 fevral 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Tibb Universitetini, daha sonra İstanbul Universitetinin tibb fakültəsini bitirib. 2003-cü ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında dissertasiya işini müdafiə edib.

2003-2009-cu illərdə Mərkəzi Klinik Xəstəxanada çalışıb, 3 mindən çox əməliyyat həyata keçirib. Azərbaycanda ilk dəfə qapalı böyrək, sidik kisəsi, sidik axarı əməliyyatlarını həyata keçirən həkimdir. 2009-cu ildən indiyə qədər Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalında işləyir.

30-dan çox elmi məqalənin müəllifidir.

Azərbaycan Uroloqları Assosiasiyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvüdür. Tibb elmləri üzrə fəlsəfə doktorudur.

 

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
9 CAVAB
SAMIR KAZIMOV (10 Yanvar 2017 | 11:47)

Salam doxdur necəsiz?Mən cinsi orqanımı böyütmək istəyirəm.Bunun üçün ən təsirli qalıcı və effektiv vasitə hansıdır?Gel və digər vasitələrin (pompa) effektivliyi varmı?Yaş-30.

Vasif İsmayıl (10 Yanvar 2017 | 02:50)

Salam. Cinsi orqan ancaq əməliyyatla böyüdülə bilər. Başqa yol bilmirəm.

Tural (09 Yanvar 2017 | 12:02)

Salam Hekim Menim anam 8 il bundan evvel lazerle boyrek dashi emeliyyati olub. 57 yashi var. 98 kg-dir. Son iller cox ish gordukde ve ya ayaq uste cox durduqda, belinde ve boyrek hisselerde agrilari olur. Herden urek bulanmalari ve bezi gecelerde terlemeleri olur. Bunun boyreklerle elaqesi varmi?

Vasif İsmayıl (09 Yanvar 2017 | 02:51)

Bu şikayətlərə əsasən böyrəyində problem olduğunu söyləmək olmaz. Mütlər müayinə olunsun.

Sevil (06 Yanvar 2017 | 17:56)

Salam hekim. men hamileyem hekim gosterisine esasen kalisum icirem. boyreyimde 1 aydan bir ag das yaranir dusur. bunun icdiyim dermanla elaqesi varmi? 1 aya 5-6 mm olcude olur. qeyd edim ki dermanin eks gosterislerinde agir boyrekdasi xesteliyi hali qeyd olunub

Vasif İsmayıl (06 Yanvar 2017 | 23:24)

Böyrək daşı dərman qəbulundan sonra yaranmağa başlayıbsa, dayandırılmalıdır.

TOP10

Ən çox oxuduğunuz rubrika hansıdır?