MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Mətanət Cəfərova
Terapevt-qastroenteroloq

Cəfərova Mətanət Mehman qızı 10 oktyabr 1984-cü ildə Bakıda anadan olub. 1991-2001-ci illərdə Səbail rayonu 162 saylı orta məktəbdə təhsil alıb. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. 2007-2008-ci illərdə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında İnternatura keçib. 2005-2007-ci illərdə M. Nağıyev adına Təcili Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində çalışıb. 2013-cü ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasında həkim-qastroenteroloq ixtisası üzrə hazırlıq kursu keçib. 2014-cü ildə İstanbul Şişli Etfal Təhsil və Araşdırma Xəstəxanasında daxili xəstəliklər üzrə ixtisaslaşıb. 2016-cı ildə İzmir şəhəri Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasının qastroenteroloji şöbəsində hepatologiya üzrə ixtisaslaşıb. 2016-cı ildən EASL (European Assosiation for the study of the Liver) - Avropa Qaraciyər Araşdırmaları Assosiyasının həqiqi üzvüdür. Tibbi jurnallarda bir neçə elmi məqalələrin müəllifidir. Ölkə daxilində və xaricdə keçirilən konfrans və konqreslərin iştirakçısıdır. Hazırda özəl klinikaların birində terapevt-qastroenteroloq vəzifəsində çalışır. 

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
3 CAVAB
Vüqar Nağıyev (30 Yanvar 2017 | 10:53)

Mən 1998-ci ildə hepatit A keçirmişəm. Stasionar şəraitdə tam müalicə alıb, sağaldım. Sonralar eşitdim ki, mən daha heç zaman kiməsə qan verə bilmərəm. Bu nə dərəcədə doğrudur?

Mətanət Cəfərova (30 Yanvar 2017 | 11:29)

Salam. Hepatit A , Hepatit B və C - dən fərqli olaraq qanla keçmir. Əgər sizdə qanla keçə bilən hər hansı infeksiya yoxdursa donor ola bilrəsiz.

farida mehtiyeva (23 Yanvar 2017 | 23:08)

baqirsaqimin mikroflorasi pozulub. Yay aylarindan mualice edirem. Hal hazirda brullium.pankreatin.fibrolakts diqerent polifarma qebul edirem. bir deyishiklik yoxdur. Ne meslehet qorersiz? teshekkyr. .

Mətanət Cəfərova (23 Yanvar 2017 | 10:10)

salam. Əgər bu dərmanların qəbulundan sonra heç bir dəyişiklik yoxdursa , əlavə müayinələr olunaraq diaqnozunuz dəqiqləşdirilməlidir. Sonra dianoza uyğun müalicə təyin olunmalıdır.

farida mehtiyeva (23 Yanvar 2017 | 22:37)

baqirsaqimin mikroflorasi pozulub. Avqust ayindan myalice aliram. Dyzelmir. indi pankreatin. fibrolakts. diqerent polifarma. brullium qebul edirem. ne meslehet qorersiz?

Mətanət Cəfərova (23 Yanvar 2017 | 10:12)

əgər əvvəl bu problemlə bağlı müayinə olunmusunuzsa əlinizdə olan bütüb müayinələri götürüb qəbula gəlin . Gəlməzdən öncə 070 581 34 81nömrəsi ilə əlaqə saxlamağınız məsləhətdir

Ən çox oxuduğunuz rubrika hansıdır?