MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Nadirə Ağazadə
Endokrinoloq

Ağazadə Nadirə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb. Bakıda 4 saylı şəhər klinik xəstəxanasında endokrinologiya ixtisası üzrə internatura keçib. 2013-cü ildə İstanbulda keçirilən EASD endokrinoloji konqresin iştirakçısı olub. 2014-cü ildə İstanbul Şişli Etfal Eğitim və Araşdırma xəstəxanasının Endokrin və Metobolizm xəstəlikləri bölməsində ixtisas artırma kursu keçib. 2015-ci ildə Tbilisidə EASD-Endokrin Postgraduate Course konqresində iştirak edib. 2015-ci ilin oktyabrında Antalyada keçirilən Endobridge Endokrin və metabolizm xəstəlikləri konqresinə qatılıb. 2016-cı ildə Tbilisidə keçirilən Advance Master Meeting Diabet konfransının iştirakçısı olub. 2016-cı ildə İzmirdə Ege Universiteti Tip fakültəsi xəstəxanasının Endokrinoloji və Metabolizma Hastalıkları ana bilim dalında ixtisas artırma kursu keçib. 2016-cı ildə Antalyada keçirilən Endobridge endokrin xəstəliklər konqresində iştirak edib. Bakıda özəl klinikaların birində çalışır.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
5 CAVAB
Elcin Askarov (10 Fevral 2017 | 10:26)

Amaril 2mq qebul edirem bawim agrayir .Bunu hansi dermanla evez etmek lazimdir

Nadirə Ağazadə (10 Fevral 2017 | 10:30)

salam,cox guman ki,sizin bash agrilariniz dermani qebul etdikden sonra shekerin chox dushmesi ile elaqadardi.Ona gore sebebini arashdirmaq lazimdir,muayinesiz dermani deyishmek olmaz

A.Ilahe (31 Yanvar 2017 | 10:53)

Salam Nadire xanım. Mən uzi müayinəsindən keçdim. Qalxanabənzər vəzinin göstəriciləri normal cıxdı. amma kiçik bir kütlə göründü. Hekim TSH analizi verməyi məsləhət gordu. analizin nəticəsi 2.79 cixdi. Siz nə məsləhət görərdiniz?Bu qorxuludurmu?

Nadirə Ağazadə (31 Yanvar 2017 | 11:40)

salam,sizin Tsh hormonunuz normal,amma bu gorunen kutle barede informasiya vermir,daha deqiq hemin kutlenin formasi,kenarlari,qanlamasi ves bu kimi kriteriyalar vacibdir.Yani daha deqiq arashdirmaq lazim.

Ən çox oxuduğunuz rubrika hansıdır?